OğuzunBayanvə Calutkəndlərinəqaz xətti çəkilir.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Kəndlərdə indiyədək yanacaq kimi odundan istifadə olunur ki, bu da meşələrin qırılmasına səbəb olur. Qazın çəkilməsi ilə artıq bu problem aradan qalxmış olacaq.İşlər fasiləsiz olaraq aparılır və 3 ay müddətində başa çatdırılması nəzərdə tutulub. Bayan kəndində ümumilikdə 411 təsərrüfat, Calutda isə 325 təsərrüfat qazdan yaralanacaq.
Qeyd edək ki, Oğuzda bu günədək rayon mərkəzi ilə yanaşı, 11 kənddə mavi yanacaqdan istifadə edilib. Bayan və Calut kəndlərindən sonra Xaçmaz kəndinə qaz xətlərinin çəkilməsi nəzərdə tutulub.
İ.Əhmədov