Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əleyhinədir. Bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov deyib.
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və rəsmi Bakının da mövqeyi belədir. Biz BMT-də bu barədə bəyanat vermişik. Lakin biz ikili standartların tətbiq edilməsinə qarşıyıq. Əgər sanksiyalar seçilərək tətbiq edilirsə, bu, bizi narahat etməyə bilməz”, - deyə O. Əsədov bu gün Milli Məclisin birinci plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan 20 il ərzində dəfələrlə beynəlxalq birliyə müraciət edərək Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına kömək edilməsinin vacibliyini bildirib.
“Biz dəfələrlə bəyan etmişik ki, kiçik kataklizmlər həll edilməsə, bunun mütləq mənfi nəticələri olacaq. Siz indi Ukrayna məsələsinin həllinə böyük diqqət yetirirsiniz, lakin Dağlıq Qarabağ münaqişəsindən söhbət gedərkən, əlinizi tərpətmirdinz. Və budur, nəticə olaraq yeni problemlər yaranır”, - deyə spiker vurğulayıb.
O.Əsədov qeyd edib ki, bu gün Rusiyaya qarşı sanksiya siyasətini təbliğ edən dairələr təcavüzkar rolunu oynayan Ermənistana qarşı eyni yanaşma məsələsindən yan keçirdilər.
“Bizim bütün nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacib olduğunu bəyan ediblər. Hansı beynəlxalq təşkilat bizi dəstəkləyib?. “Buna görə də Azərbayan nümayəndə heyəti sanksiyaların tətbiq edilməsi məsələsində ikili standartların yolverilməz olduğunu bildirib. Əgər sanksiyalar tətbiq edilirsə, burada seçimə yol verilməməlidir”, - deyə Milli Məclisin spikeri bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bu gün rəsmi Bakını Ermənistan-Azərbaycan münaqişəsini sülh və danışıqlar yolu ilə həll etməyə çağırır.
“Biz də Avropa Şurası Parlament Assambleyasını münaqişəni sanksiyalar yolu ilə deyil, danışıqlar yolu ilə həll etməyə çağırırıq.Yəni bizə məsləhət görülən üsullarla. Bu istiqamətdə işləyin”, - deyə O.Əsədov qeyd edib.
Spiker Azərbaycanın təcavüzkar ölkəni dəstəkləyən ölkə kimi tanınmasını böyük səhv adlandırıb.
“Bu, böyük yanlışlıqdır. Buna görə də heç vaxt beynəlxalq təşkilatılara inanmaq olmaz. Onlar bu və ya digər komandalara əməl edirlər. Buna görə də biz öz işimizi ciddi aparmalıyıq”,- deyə O.Əsədov vurğulayıb.
R.Babayev