Bazar ertəsi Milli Məclisin deputatları birinci plenar iclasda yaz sessiyasının qanunvericilik işləri planını təsdiq ediblər.
Yaz sessiyasının gündəliyinə "Silahlı qüvvələr və digər silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Reklam haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" və "Elm haqqında" qanun layihələri daxil edilib.
Həmçinin yaz sessiyasında bir sıra qanunvericilik aktlarına düzəlişlərin edilməsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək.
R.Babayev