Fevralın 18-də Bakıda “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan MilliElmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Məqsəd işğal olunmuş tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən dağıdılmış, həmçinin özününküləşdirilməyə cəhd edilən dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu haqda ictimaiyyətin məlumatlandırılmasıdır.
Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alim və mütəxəssislər, ictimai xadimlər və KİV nümayəndələri iştirak edəcəklər.
A.Zeydullayeva
A.Zeydullayeva