SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar ayında Ceyhan neft terminalından 1 mln. 697,768 min ton Azərbaycan nefti nəql edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 6,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
2014-cü ildə şirkət Ceyhan terminalından 20 mln. 483,248 min ton Azərbaycan nefti nəql edib.
Xəbər verildiyi kimi, BTC neft kəmərinin uzunluğu 1768 km-dir.Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); INPEX (2.50%); “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.
N.Abbasova