Azərbaycanın Nyu Meksiko ştatındakı fəxri konsulu Art MakHaffi Santa Fe Beynəlxalq Münasibətlər Şurasında (Santa Fe Council on International Relations) və Şəhər Neft Klubunda (City Petroleum Club) Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli rolu barədə söhbət açıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat verir.
A.MakHaffi “Şahdəniz-2”, Trans-Adriatik (TAP) vəTrans-Anadolu (TANAP)enerji layihələrinin önəmindən bəhs edib və bu layihələrin Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm önəmi qeyd edib.
Fəxri konsul, həmçinin bu layihələrin iqtisadi əhəmiyyətini də diqqətə çatdırıb. O, layihələrin reallaşmasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR, ARDNŞ) və BP şirkətinin əvəzsiz rolunu vurğulayıb.
O, Azərbaycan qazının Avropa üçün yeni enerji mənbəyi olacağını və bu dəhlizin keçəcəyi ölkələrin iqtisadi rifahına müsbət təsir göstərəcəyini vurğulayıb.
A.MakHaffi Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
F.İsazadə