Azərbaycanın qərb regionunda narkotik maddə alverçisi iri partiya marixuana ilə saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Sadıqovu saxlayıblar. Ondan 15 qram marixuana müsadirə olunub. S.Sadıqova məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı avtomobilin yük yerindən əlavə olaraq 5,2 kq marixuana aşkarlanaraq müsadirə olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin əldə edilməsi, saxlanılması və satılması) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
C.Həmidov