SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azərqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Bakının üç rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar olaraq saat 09:00-dan 18:00-a qədər paytaxtın Xətai rayonuna, saat 10:00-dan işlər başa çatana qədər Xəzər rayonuna, eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinə qazın verilişində fasilələr yaranıb.
N.Abbasova