Azərbaycan mart ayında Berlin və Moskva şəhərlərində keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan 4-8 mart tarixlərində "İTB Berlin 2015" və 18-21 mart tarixlərində "MİTT 2015" beynəlxalq turizm sərgilərində iştirak edəcək.
Qeyd olunan sərgilərdə nazirliklə yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 30 turizm şirkəti və 5 mehmanxana təmsil olunacaq.
Azərbaycan 2002-ci ildən etibarən "MİTT, 2004-cü ildən etibarən isə "İTB Berlin" beynəlxalq turizm sərgilərində iştirak edir.
A.Zeydullayeva