Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Bu barədə çərşənbə günü rəsmi KİV-lər məlumat verir.
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmuş həcmdə vəsait ayrılır.
R.Babayev