Bu gün Bakıda Azərbaycan Bank və Maliyyə Forumu öz işinə başlayıb. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinin müxbiri xəbər verir.
İkigünlük forumun gedişində beynəlxalq maliyyə bazarlarında Azərbaycanın rolu, investisiya-bank fəaliyyəti, xarici və yerli maliyyə institutları arasında əlaqələr, pərakəndə bank məhsullarının, korporativ maliyyə alətlərinin inkişafı və digər mövzular müzakirə ediləcək
Forumun işində müxtəlif dövlət və özəl qurumların 100-dən artıq nümayəndəsi iştirak edir. Onların arasında Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Azərbaycan Mərkəzi Bankı, “PAŞA Bank” və s. var.
Forum Adam Smith Conferences tərəfindən təşkil edilib.
A.Axundov