Bu gün Kənd Təsərrüfatı Nazirliyində kargüzarlığın aparılması və elektron sənəd dövriyyəsinə keçidlə əlaqədar geniş iclas keçirilib. Bu barədə nazirliyin məlumatında deyilir.
"İclasda nazirliyə daxil olan sənədlərin icrasının “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun qaydada aparılması, bu sahədə mövcud nöqsanların aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə həyata keçirilməsi, müraciətlərin operativ cavablandırılması, ərizə və şikayətlərin baxılmasında məsuliyyətin artırılması və s. məsələlər müzakirə olunub", - deyə məlumatda qeyd edilir.
A.Axundov