Azərbaycan və Rusiyanın gömrük xidmətləri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair üç sənəd imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Sənədləri Bakıda DGK-nın rəhbəri Aydın Əliyev və RF Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzalayıb.
Görüşdə gömrük xidməti rəhbərlərinin işçi görüşünün protokolu, qarşılıqlı ticarət haqqında statistik məlumatların informasiya mübadiləsinin texnoloji sxemi və 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyətin planı imzalanıb.
A.Belyaninovun Azərbaycana səfəri fevralın 5-nə qədər davam edəcək.
N.Abbasova