Erməni antisemitlərin yəhudu xalqına qarşı törətdiyi cinayətlər çoxlarına məlum deyil. Baxmayaraq ki, nasist Almaniyasında yəhudi məsələsi barədə son qərarın verilməsində erməni nasistlər çox böyük rol oynayıblar. Bu barədə İsrailin ingilis dilində dərc edilən “The Times of Israel” mətbu orqanında yazılıb.
Məqalə müəllifi Hitlerin antisemit siyasətinin həyata keçirilməsində və “ölüm marşları”nın təşkilində birbaşa iştirak etmiş 20 min erməni nasistini xüsusilə qeyd edib.
“Bu kollaborasionistlərin liderləri general Dro və general Njde idi, onların hər ikisi indi Ermənistanda milli qəhrəman kimi təqdim olunur. Bundan başqa, 1930-cu illərdə ABŞ-da fəaliyyət göstərən “Ayrenik” kimi erməni KİV-ləri yəhudiləri “zəhərli elementlər” kimi təqdim edir, Holokostu “zəruri cərrahi əməliyyat” adlandıraraq bu faciəyə haqq qazandırır, Hitlerə tam təbliğat dəstəyi göstərirdilər”, - deyə məqalə müəllifi qeyd edib.
F.Hüseynzadə