2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi 71 fiziki və hüquqi şəxsi kənd təsərrüfatı bitkilərinin toxumlarının istehsalçıları reyestrinə daxil edib. Nazirliyin məlumatına görə, onlardan 32-si ilk dəfə, 39-u isə təkrar qeydiyyatdan keçir.
2015-ci ilin əvvəlinə respublikada toxum və ting istehsalı üzrə ixtisaslaşan 372 fərdi təsərrüfat var.
Ötən il dövlət və fərdi təsərrüfatlar 163,6 min ton dənli bitki toxumu, o cümlədən 111,6 min ton buğda, 52 min ton yulaf toxumu istehsal edib.
A.Axundov