Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadiyyat nazirləri martın 6-da Tiflisdə görüşəcəklər. Bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu gün Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bundan bir qədər sonra Azərbaycan, Türkiyə və İranın iqtisadiyyat nazirləri Təbrizdə görüşəcəklər, daha sonra isə Azərbaycan, Türkiyə, Türkmənistan və Qazaxıstanın nəqliyyat nazirlərinin güman ki, Türkmənbaşıda görüşü keçiriləcək", - deyə N.Zeybekçi söyləyib.
Regional əməkdaşlığa gəlincə, türkiyəli nazir qeyd etdi ki, bu görüşlərlə yanaşı, Türkiyə və Rusiyanın iqtisadiyyat nazirlərinin də görüşü planlaşdırılır.
A.Əzizov