2015-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 2014-cü ilin dekabr ayı ilə müqayisədə 0,2% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,4% bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib.
Ötən ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun və kökün qiymətlərində ucuzlaşma qeydə alınıb.
Hesabat ayında düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin və duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
2014-cü ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 1,4% təşkil edib.
N.Abbasova