2014-cü ilin IV rübündə Azərbaycanda tikinti işlərinin qiymətləri III rüblə müqayisədə 0,3% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Statistik məlumata görə, 2014-cü ilin IV rübündə yerüstü obyektlərin tikinti qiymətləri 0,3% bahalaşıb. Ötən ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə eyni səviyyədə qalıb, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8% bahalaşıb.
Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,4%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,8%, sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,8% bahalaşıb.
2014-cü ilin IV rübündə yol və körpü tikintisində 0,2% bahalaşma müşahidə edilib.
A.Əzizov