Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən əsgər Fərid Ağayev ağır yaralanıb.
Əsgərə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb .
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir.
F.İsazadə