Ağ Ev amerikalı vergi ödəyicilərinin pullarını Ermənistanın silahlandırılmasına yönəltməyi daynadırmalıdır. Ermənistan onsuz da dünyanın ən çox hərbiləşdirilmiş ölkələrindən biridir. Azərbaycan diasporunun fəallarından olan Ceyhun Mollazadənin Amerikanın “The Hill” mətbu orqanında dərc edilmiş məqaləsində belə deyilir.
“Başa düşmək çətindir, nə üçün administrasiya 2016-cı maliyyə ilinin büdcəsindən Rusiyayönümlü və İranyönümlü Ermənistanın maliyyələşdirilməsinə $18,3 mln. vəsait ayırır”,- deyə C.Miollazadə qeyd edir.
O, bu ilin əvvəlində Almaniya hökuməti tərəfindən maliyyələşdirilən analitik mərkəzin dərc etdirdiyi məlumatlarına diqqət çəkərək qeyd edib ki, Ermənistan dünyanın ən çox silahlandırılmış ölkələri siyahısında üçüncü yeri tutur.
“Amerikalı vergi ödəyicilərinin pulları boş yerə sərf edilərkən ərazisində minlərlə hərbçi olmaqla Rusiya hərbi bazası yerləşən Ermənistan rahat şəkildə silahlanmaya daha da çox vəsait ayıra bilər”,- deyə C.Mollazadə qeyd edib.
Bununla yanaşı, o bildirir ki, Ermənistanda əhalinin hər on min nəfərinə 179 hərbi qulluqçu düşür, bu, dünyanın ən çox hərbiləşmiş ölkələrinin reytinqində 5-ci yeri tutan Rusiya da daxil olmaqla, istənilən qonşu ölkə ilə müqayisədə böyük göstəricidir.
“Bunu dayandırmaq lazımdır: Amerika hökuməti vergi ödəyicilərinin pullarını Ermənistan kimi təcavüzkar ölkənin özünü daha artıq silahlandırmasına yönəltməyi dayandırmalıdır. Ermənistan daha az maliyyə yardımı almaldır, hərbi kömək isə ümumiyyətlə olmamalıdır”,- məqalədə bildirilir.
F.Hüseynzadə