Fevralın 24-də Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi alman bəstəkarı İohann Sebastyan Baxın əsərlərindən ibarət konsert keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə filarmoniyadan məlumat verilib.
Filarmoniyanın səhnəsində Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edəcək.
Fortepianoda solistlər Fəqan Həsənli və Rəfiqə Quluzadənin çıxışları nəzərdə tutulub.
A.Zeydullayeva