Nazirlər Kabineti Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2015-ci il üçün xərclər smetasını 1,6 mln. manat səviyyəsində təsdiq edib.
Katibliyin xərclər smetası Nazirlər Kabinetinin saytında dərc edilib.
2015-ci ildə Katibliyin ştatda olan işçilərin əmək haqqının ödənilməsinə 125,16 min manat, ştatdankənar işçilərin əmək haqqının ödənilməsinə 79,86 min manat, əməyin ödənişi ilə bağlı pul ödənişlərinə 158,76 min manat, təmsilçilik xərclərinə 117,04 min manat yönəldiləcək.
2015-ci ildə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 80,032 min manat, digər xərclər 1 mln. 156,188 min manat səviyyəsində nəzərdə tutulub.