"Azərbaycan Mətbəxi" kitabı ən yaxşı Şərqi Avropa Kitabı və ən yaxşı yemək kitabı kateqoriyasında Dünya Qurman Yemək Kitabı 2014 mükafatı qazanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Kitab Böyük Britaniyanın "Saqi Books" nəşriyyat evinin və Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun köməyi ilə hazırlanıb.
Yüzdən artıq dadlı yemək reseptləri ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin ekzotik və müxtəlif ləziz dadları üçün əla başlanğıc hesab olunur.
Əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.
A.Zeydullayeva