İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında kənd təsərrüfatı, emal, qida sənayesi, turizm və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.
Onun sözlərinə görə, sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər. Nazir, həmçinin investisiya qoyuluşu imkanlarını da diqqətə çatdırıb.
B.Lukarski iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb. O, Azərbaycanın iqtisadiyyat və sənaye nazirini, eləcə də iş adamlarını Bolqarıstana dəvət edib.
A.Axundov