ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfiri Robert Sekuta Azərbaycana gəlməzdən öncə gələcək fəaliyyətinin prioritet istiqamətlərini açıqlayıb.
“İki əsas prioritet regional təhlükəsizlik və iqtisadiyyatın inkişafıdır”,- deyə diplomat ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı videomüraciətdə qeyd edib.
R.Sekuta gənclərin məşğulluq məsələsini də vacib istiqamətlərdən biri kimi qeyd edib.
Səfir, həmçinin demokratiyanın inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu üç prioritetin Azərbaycanda sabitlik üçün əsas amil olduğunu vurğulayıb.
“Azərbaycan və ABŞ-ı ümumi məqsədlər birləşdirir və biz dövlətlərimizi daha da yaxınlaşdıra bilərik”, - deyən səfir əlavə edib ki, Bakıya gələcəyi günü səbirsizliklə gözləyir.
Onun sözlərinə görə, Bakı və Vaşinqtonu möhkəm əməkdaşlıq telləri birləşdirir.
Səfir Bakıya fevralın 12-də gələcək.
R.Babayev