Vergilər Nazirliyi 2015-ci ilin yanvar ayında 7,114 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata görə, 2015-ci il fevralın 1-nə respublikada vergi ödəyicilərinin ümumi sayı 616,242 min təşkil edir ki, bu da ötən ilin 1 fevral tarixinə olan göstəricidən 13,1% çoxdur.
2015-ci ilin yanvar ayında vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə elektron formada göndərilən vergi bəyannamələrinin xüsusi çəkisi 95,1% təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
2014-cü ildə Vergilər Nazirliyi 82,688 min vergi ödəyicisini qeydiyyata alıb.
A.Əzizov