Prezident İlham Əliyev və Fransa Senatınınüzvü, keçmiş nazir Jan-Mari Bokelin Bakı və Paris arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tərəflər, həmçinin parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Həmin gün İ.Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, prezidentin xüsusi elçisi Yosef Yusfini də qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
F.İsazadə