İqtisadiyyat və Sənaye Nazirliyi korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 8 mövzu üzrə təlimlər keçirməyi planlaşdırır. Bu barədə nazirliyin məlumatında deyilir.
Çərşənbə günü nazirlik tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı. Dövlət müəssisələrinin spesifikliyi" mövzusunda seminar keçirilib.
Seminarda 20-dən çox dövlət müəssisəsinin nümayəndələri iştirak edib.
A.Axundov