Bu gün prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini və Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib. Bu barədə rəsmi KİV-lər məlumat verir.
Məlumata əsasən, görüşlərdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, birgə layihələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
F.Hüseynzadə