2015-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 2,7 mlrd. manat təşkil edib ki, bu da 2014-cü ilin yanvar ayının göstəricisindən 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 4,2% artaraq 282,9 manat təşkil edib.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 2,4 mlrd. manat qalır ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% çoxdur.
2014-cü ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 4,8% artıb.
A.Əzizov