2015-ci ilin yanvar ayında Azərbaycanda sənaye istehsalının həcmi 1,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, hesabat ayında istehsalın ümumi həcminin 58,1%-i mədənçıxarma, 30,2%-i emal, 10,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı və bölüşdürülməsi, 1%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşüb.
Ümumilikdə sənaye istehsalının 88,8%-i əmtəə, 11,2%-i sənaye xarakterli xidmət istehsalının, 71,5%-i özəl sektorun payına düşüb.
Xəbər verildiyi kimi, 2014-cü ilin yekunları üzrə Azərbaycanda sənaye istehsalının həcmi 0,7% azalıb.
A.Əzizov