Azərbaycanın baş prokuroru Zakir Qaralov cümə günü Şamaxı şəhərində Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 78 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə vətabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciət və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.
R.Babayev