İsmayıllı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Bu barədə bazar ertəsi "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, "Lifan" markalı avtomobil idarəetməni itirərək yol kənarında hasara çırpılıb. Nəticədə sürücü və sərnişin hadisə yerində həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
C.Həmidov