Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla rabitə sahəsində əməkdaşlığa maraqlıdır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatında bildirilir.
Nazir Əli Abbasovla AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeynin görüşündə AYİB-in nazirlik tərəfindən həyata keçirilən layihələrdə işitrak imkanları müzakirə olunub.
N.Makkeyn Azərbaycanın telekommunikasiya sektorundakı inkişafı xüsusi vurğulayaraq, bu sahədə RYTN və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib.
“Ölkənin telekommunikasiya sektoruna gələcək investisiya imkanlarından da söz açan N.Makkeyn hazırdaAYİB tərəfindən üç istiqamətdə, o cümlədən dövlət mülkiyyətində olan telekommunikasiyaoperatorlarının özəlləşdirmə prosesindətexniki hazırlığının artırılması, sahə üzrə normativ hüquqi bazanın və tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədilə məsləhət xidmətlərinin təklif edildiyini nəzərə çatdırıb”, - deyə məlumatda qeyd olunur.
N.Abbasova