Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin yanvar ayında ümumilikdə 38,988 min manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu vəsaitin 22,765 min manatı əmək haqlarından, 2,64 min manatı zərərə görə ödənişlərdən, 13,583 min manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Eyni zamanda, son bir ayda qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 5 nəfər öz əvvəlki işlərinə bərpa edilib.
R.Babayev