İyunun 4-də xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda elmi konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
Konfrans AMEANizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindəbu elmi qurumun Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və indisi”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemləri” və s. mövzularda məruzələr dinləniləcək.
A.Zeydullayeva