Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Gürcüstana ikigünlük rəsmi səfərə gedəcək.
Gürcüstan KİV-lərinin məlumatına görə, bazar ertəsi Gürcüstan Xarici İşlər Nazirliyinin sözçüsüDavid Kereselidze bu səfərin Bakı və Tbilisi arasında strateji və dostluq münasibətləri, xüsusən enerji və nəqliyyat sahələrində intensiv inkişaf edən əlaqələr baxımından vacibliyini qeyd edib.
Onun sözlərinə görə, səfər çərçivəsində E.Məmmədyarovun Gürcüstanın prezidenti, baş naziri, parlament sədri və XİN başçısı ilə görüşləri planlaşdırılıb.
Görüşlərdə siyasət, iqtisadiyyat, energetika və mədəniyyət sahələrində Gürcüstan-Azərbaycan münasibətlərinin geniş spektri müzakirə ediləcək.
Y.Əliyev