Ötən həftə Azərbaycan polisi axtarışda olan 94 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (9-15 fevral) baş vermiş bədbəxt hadisələr nəticəsində 14 nəfər həlak olub, 3 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Bundan başqa, həftə ərzində 1 nəfər qətldə, 5 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 23 nəfər oğurluqda, 8 nəfər qarətdə, 5 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 3 nəfər saxta pul kəsməkdə, 1 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 9 fakt qeydə alınıb.
C.Həmidov