Ötən həftə ərzində Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 57 nəfəri və narkotik maddə alverində şübhəli bilinən 9 nəfəri saxlayıblar. Bu barədə bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumilikdə 52,75 qram marixuana, 32,11 qram tiryək, 30,65 qram həşiş, 11,6 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 12,095 kq marixuana, 500 qram heroin, 115 qram tiryək, 190 ədəd psixotrop preparat aşkarlanıb.
C.Həmidov