2015-ci ilin yanvar ayında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 13,9% - 133,6 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,2%-nin istifadəçiləri fiziki şəxslər olub, onlara 96,4 mln. manat məbləğində (artım 9,4%) xidmət göstərilib.
2015-ci ilin yanvar ayında rabitə xidmətlərinin ümumi həcminin 52,5%-i və ya 70,2 mln. manat (artım 3,5%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.
N.Abbasova