ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində Azərbaycana gəlir. Bu barədə bazar ertəsi Dövlət Departamentinin mətbuat xidməti xəbər verir.
Məlumata əsasən, V.Nulandın Bakıya səfərində məqsəd ölkənin yüksək vəzifəli rəsmi şəxsləri ilə ticarət və investisiya sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi, təhlükəsizlik, terrorizmlə mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması ilə bağlı məsələlərin müzakirə edilməsidir. Bundan başqa, o, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
Fevralın 17-də V.Nuland Tbilisiyə, fevralın 18-də isə Yerevana gedəcək.
F.Hüseynzadə