Fevralın 19-da Muzey Mərkəzinin İncəsənət qalereyasında “5 otaq” adlı sərgi açılacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Bu, yeni yaradılan, lakin məhsuldar işləyən “Libra” incəsənət qrupunun bir növ hesabat vernisajıdır.Sərgidə 5 rəssamın - Malik İsmayılzadə, Namiq İsmayılzadə, Arzu Rzayev, Nazim Şah və Anar Qəmbərlinin əsərləri nümayiş olunacaq.
Sərgi fevralın 21-dək davam edəcək.
A.Zeydullayeva