Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalmanın olduğunu qeyd edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar ayında istehsalatla əlaqəli 15 bədbəxt hadisə qeydə alınıb. Bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5% azdır.
İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə azalaraq 2014-cü ilin yanvar ayına olan 20 nəfərə qarşı 10 nəfər təşkil edib.
Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında ümumiyyətlə belə hadisə qeydə alınmayıb.
R.Babayev