2015-ci ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 222 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 3,5% artıb. Cari ilin yanvar ayında respublikada 36,6 min ton ət (artım 0,8%), 143 min ton süd (artım 6,8%), 135,2 mln. ədəd yumurta (artım 9,5%) istehsal olunub.
Yanvar ayında bitkiçilik məhsullarının istehsal həcmi 3,5% artıb.
DSK-nın məlumatına görə, respublikada 875,7 min hektar sahədə payızlıq dənli bitkilər əkilib, bunun 537,2 min hektarı buğda, 338,4 min hektarı isə yulaf sahələrinin payına düşür.
Ötən ay respublikada 3 min ton tərəvəz yığılıb.
A.Axundov