1 yanvar 2015-ci il tarixinə "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" SC-nin ("ABB-Gürcüstan") aktivləri 145,9 mln. lari, 2014-cü il ərzində artım 20,5% təşkil edib. Bu barədə ABB-nin mətbuat xidmətinin məlumatında deyilir.
2014-cü il ərzində "ABB-Gürcüstan"ın kredit portfeli 10,3% - 91,8 mln. lariyə qədər artıb.
Müddətli depozit portfeli 14,75 mln. lariyə (artım 2 dəfə) çatıb.
1 yanvar 2015-ci il tarixinə bankın məcmu kapitalı 40,7 mln. lari, səhmdar kapitalı 27,5 mln. lari təşkil edir .
2014-cü ildə fəaliyyətinin yekunları üzrə "ABB-Gürcüstan"ın xalis mənfəəti 2,08 mln. lari həcmində olub.
«ABB-Gürcüstan» SC 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib. 2007-ci ilin fevralında Gürcüstan Milli Bankı «ABB-Gürcüstan»a bank əməliyyatları üçün lisenziya verib.
A.Axundov