Bu gün Rus Pravoslav Kilsəsində Azərbaycan dili kurslarının təşkilini nəzərdə tutan “Azərbaycan dilini öyrənirik” adlı kurslara start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Tədbirdə çıxış edən Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr qeyd edib ki, rusdillli ictimaiyyətin nümayəndələriarasındaçoxlu sayda yaxşı mütəxəssislər var. Lakin Azərbaycan dilini bilmədikləri üçün onlar öz bacarıqlarını nümayiş etdirə bilmirlər.
“Biz Azərbaycan dilini öyrənməliyik. Bizim ölkədə gedən quruculuq prosesinə qoşulmağa hazır olan çoxlu sayda gənclərimiz, mütəxəssislərimiz var. Lakin Azərbaycan dilini bilmədikləri üçün bunu etməkdə çətinlik çəkirlər”, - deyə Aleksandr ata qeyd edib.
Onun sözlərinə görə, rusdilli əhalinin Azərbaycan dilini öyrənməsi məsələsi Azərbaycan Prezidenti Administrasiyası və Multikulturalizm Mərkəzi səviyyəsində müzakirə olunub.
“Və biz belə bir fikrə gəldik ki, Azərbaycanda yaşayan rusların ölkədəki mədəni tendensiyaya tamamilə qarışması üçün əlimizdən gələni etməliyik. Bu məqsədlə Azərbaycan dili ciddi şəkildə və dərindən öyrənilməlidir”, - deyə o qeyd edib.
Aleksandr ata bildirib ki, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və bir sıra strukturlarla əldə olunmuş razılığa əsasən RPK-nın nəzdində Azərbaycan dili kursları açılır.
“Kurslar Arxangel Mixail məbədində və donanma kilsəsində keçiriləcək. Daha sonra məşğələlərə Pravoslav Dini-Mədəniyyət Mərkəzində, eləcə də MüqəddəsMəryəm kilsəsində davam etdiriləcək”, - deyə o qeyd edib.
Arxiyepiskop belə kursların Sumqayıt, Gəncə, Xaçmaz, həmçinin Azərbaycanın digər şəhərlərində keçirilməsinin vacibliyini qeyd edib.
Öz növbəsində Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qeyd edib ki, ölkə tolerantlığın parlaq nümunəsidir.
“Azərbaycan çoxdinli və çoxmillətli ölkədir ki, bu da dövlətin gündəlik həyatında öz izini buraxır. Azərbaycan müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələri arasında mövcud olan tolerantlıq və dözümlülük nümunəsidir”, - deyə o qeyd edib. İcraçı direktorun sözlərinə görə, RPK-nın Bakı Yeparxiyası bütün dindarlara mənəvi dəstək göstərir, əlil uşaqlara maddi yardım edir, burada bazar günü məktəbləri fəaliyyət göstərir.
O deyib ki, yuxarıda qeyd edilənlərlə yanaşı, müqəddəs atanın xeyir-duası ilə biz RPK-da Azərbaycan dilinin incəliklərini öyrətməyə başlayacağıq.
“Müxtəlif millətlərdən olan rusdilli vətəndaşlar üçün həftədə iki dəfə məşğələlər təşkil olunacaq. Hazırda 60-dan çox şəxs kurslara yazılıb. Bilik Fondu kurslarda dərs deyəcək ali və orta məktəb müəllimlərinin əmək haqqının ödənilməsini öz üzərinə götürür”, - deyə o diqqətə çatdırıb.
O.Səmədov, həmçinin bildirib ki. Fond maddi-texniki bazanın təmin edilməsini (dərs vəsaitləri, soraq ədəbiyyatı, metodiki materiallar) də öz üzərinə götürür.
“Siz dili yalnız məbəd daxilində öyrənməyəcəksiniz. Biz sizin üçün Azərbaycanın regionlarına maraqlı ekskursiyalar təşkil etməyə çalışacağıq. Bu məşğələlər məhz təbii nitq mühitinin olduğu şəraitdə aparılmalıdır.
Bundan başqa, yaxşı məşğul olanları təşviq etməyə də çalışacağıq”, - deyə O.Səmədov əlavə edib.
Prezident Administrasiyasının nümayəndəsi Sərraf Hüseynov layihənin uğurlu olacağına əmin olduğunu söyləyib.
“Bizə elə gəlir ki, bu layihə uğurla nəticələnəcək. Diqqətinizə çatdırmaq istəyirik ki, bu kurslarda rus köklərinə malik Azərbaycan vətəndaşları həm Azərbaycan dilini, həm də Azərbaycan mədəniyyətini öyrənəcəklər”, - deyə o vurğulayıb.
Bundan başqa, S.Hüseynov bildirib ki, rusdilli əhalinin Azərbaycan dili və mədəniyyətini öyrənməsi onları daha da hörmətli edəcək.
F.İsazadə