Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrailə səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın dəvəti ilə baş tutacaq beşgünlük səfərdə AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında elm və texnologiya sahəsində əməkdaşlığa dair sazişin imzalanması nəzərdə tutulub.
Səfər çərçivəsində İsrailin bir sıra universitetlərində görüşlərin keçirilməsi də planlaşdırılır.