Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyevi qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin ruhuna uyğun olaraq, ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlığın inkişafı üçün əlverişli inkanların olduğu qeyd olunub.
Tərəflər iki ali məktəb arasında tələbə və müəllim heyətinin mübadiləsi, tədris proqramlarının uyğunlaşdırılması və əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparıblar.
R.Babayev