Caspian Energy International Media Group Britaniyanın İTE plc şirkəti və İteca Caspian şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşları tərəfindən təşkil olunan 22-ci Beynəlxalq Caspian Oil& Gas 2015 sərgi və konfransının baş informasiya partnyoru seçilib.
"Caspian Oil and Gas sərgi və konfransı 20 ildən artıqdır ki, regionun əsas neft forumu kimi fəaliyyət göstərir. Caspian Oil & Gas-ın hər il mütəmadi şəkildə təşkili beynəlxalq ictimaiyyətin Azərbaycanın neft-qaz sektoruna azalmayan diqqətinin göstəricisidir. Sərgi və konfransın yüksək səviyyədə təşkili üçün biz ən iri və tanınmış şirkət və nəşrlərlə əməkdaşlıq edirik. Caspian Energy məhz belə nəşrlərdən biridir.Caspian Energy artıq uzun illərdir ki, bizim daimi iştirakçımızdır. Bundan əlavə, onlar İTE-nin xaricdə, məsələn, Gürcüstan, Qazaxıstan, Türkiyə, Rusiya və Aİ-də keçirilən sərgi və konfranslarında fəal iştirak edirlər. İteca Caspian LLC bir neçə ildir ki, Caspian European Club-a daxildir. Caspian Energy-nin növbəti dəfəCaspian Oil & Gas-ın baş informasiya partnyoru seçilməsi bizim çoxillik əməkdaşlığımızın nəticəsidir. Caspian Energy-ni neft-qaz sərgi və konfranslarının həmkarları arasında görməyimizə çox şadıq. Caspian Oil & Gas 2015-dəki işində bu şirkətə uğurlar arzulayırıq", - deyə İteca Caspian LLC şirkətinin direktoru Fərid Məmmədov bildirib.
"Regionun ən əlamətdar neft-qaz hadisəsi olan Caspian Oil& Gas 2015 sərgi və konfransının baş informasiya partnyoru qismində çıxış etmək bizim üçün həm şərəfli, həm də məsuliyyətli işdir. 2014-cü ildə Caspian Energy jurnalının 15 illiyini qeyd etməyimiz və bu illər ərzində hər zamanCaspian Oil & Gas-ın fəal iştirakçısı və həmkarı olmağımız bizi xüsusilə sevindirir. İTE plc şirkəti Caspian European Club və Caspian Energy International Media Group-un baş sərgi partnyorudur. Ötən illərdə olduğu kimi, bu il də Caspian Energy jurnalının Caspian Oil& Gas-a həsr olunmuş xüsusi nömrəsi nəşr olunacaq. Həmin buraxılışda Xəzər-Qara dəniz regionunun neft-qaz sektorunun əsas hadisələri işıqlandırılacaq, nazir və ekspertlərin müsahibələri dərc olunacaq, aparıcı şirkətlərin əldə etdikləri nailiyyətlər və həyata keçirdikləri layihələr öz əksini tapacaqdır", - deyə Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev qeyd edib.
*Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87
E-mail: [emailprotected] ; [emailprotected]
URL: www.caspianenergy.net;