“Aqrolizinq” ASC daşınmaz əmlakın sığortası üçün sığorta şirkəti seçir. Bu barədə “Aqrolizinq”in məlumatında qeyd edilir.
Seçim təklif sorğusu üsulu ilə həyata keçirilir.
Seçimdə iştirak haqqı 100 manat təşkil edir.
Sığortaçılar tərəfindən təkliflər 26 fevral 2015-ci il tarixinə qədər qəbul olunacaq. Təkliflərin qiymətləndirilməsi fevralın 27-də baş tutacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
A.Axundov